Modriç İtaliya klubuna keçə bilər

“Real”dan ayrılan yarımmüdafiəçi Luka Modriç İtaliya çempionatına keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “İnter” xorvatiyalı futbolçunu transfer etməkdə maraqlıdır. İtaliyalılar yarımmüdafiəçini azad agent kimi transfer edə bilər.

Modriç 2012-ci ildən “Real”da çıxış edib. O Madrid klubu ilə birlikdə 6 dəfə Çempionlar Liqasının qalibi və 4 dəfə İspaniya çempionu olub. 39 yaşlı futbolçu son mövsümdə La Liqada 35 oyun keçirib, 2 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button