
“Modriç istədiyi qədər oynaya bilər”
“Real”ın sabiq baş məşqçisi Karlo Ançelottinin oğlu və məşqçilər heyətinin keçmiş üzvü Davide Ançelotti xorvatiyalı yarımmüdafiəçi Luka Modriçin komandadan ayrılması ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “Madrid Xtra”-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis klubun qərarları haqda danışmaq istəmədiyini deyib:
“Klubun qərarları haqqında danışmaq istəmirəm. Modriç hələ də futbola çox şey verə bilər. Ola bilər ki, biz komandada qalsaydıq, heç nə dəyişməzdi. Bu doğrudur, futbol dəyişir, amma Luka başla oynayır. İstədiyi qədər oynaya bilər”.
39 yaşlı Modriç 2012-ci ildən “Real”da çıxış edir. O, son mövsümdə bütün turnirlər daxil olmaqla 60 oyunda iştirak edib, 4 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin