
Modriç: “Düz yoldayıq”
“Milan”ın yarımmüdafiəçisi Luka Modriç komandasının A Seriyasında çempionluq şansları barədə fikirlərini bölüşüb.
“Qırmızı-qaralar” son turda “Fiorentina” üzərində 2:1 hesablı əzmkar qələbə qazanaraq, turnir cədvəlinin zirvəsinə yüksəlib. “Milan” hazırda “İnter”, “Napoli” və “Roma”nı bir xal qabaqlayır.
Komanda.az DAZN-a istinadən xəbər verir ki, xorvatiyalı futbolçu hər oyunda özlərini göstərməli olduqlarını bildirib:
“Skudetto? Biz hər oyunda özümüzü göstərməliyik. Komanda olaraq böyüyürük və bu dəfə güclü rəqibə qarşı həm xarakterimizi, həm də ustalığımızı nümayiş etdirdik. Düz yoldayıq. Sadəcə, eyni ruhda davam etməliyik”.
“Milan” növbəti turda, oktyabrın 24-də “Piza”nı qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



