Modriçin DÇ-2022-dəki favoriti
“Real”ın yarımmüdafiəçisi Luka Modriç Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, Argentina millisinin turnirin favoriti olduğunu düşünür:
“Mənim favoritim Argentinadır. İndi onların bir neçə il əvvəlkindən daha güclü, çox sıx komandası var. Üstəlik, Lionel Messi hələ də Argentina millisində oynayır. Heyətdə belə bir oyunçunun olması ilə komanda həmişə ən yüksək yerlərə iddialı olacaq”.
2022-ci il dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin