
Modriç: “Bu yaxşı hesabdır, ancaq…”
Xorvatiya millisinin kapitanı Luka Modriç Millətlər Liqasının 1/4 final mərhələsinin ilk oyununda Fransa yığması üzərində qazandıqları qələbədən (2:0) danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, xorvatiyalı futbolçu xüsusilə, birinci hissədə yaxşı oyun keçirdiklərini bildirib:
“Əla, böyük qələbə. Xüsusilə, birinci hissədə yaxşı oyun keçirdik. Fasilədən sonra rəqib bizə təzyiq göstərdi, onlar meydanda daha çox üstünlük təşkil etdilər, ancaq komandamız yaxşı müdafiə olundu və qələbəni qorudu. Bu yaxşı hesabdır, ancaq hələ heç nə başa çatmayıb”.
Fransa – Xorvatiya cütünün cavab matçı martın 23-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



