Ardıcıl 19-cu mövsüm qol vurur

“Real”ın yarımmüdafiəçisi Luka Modriç İspaniya çempionatının 17-ci turunun “Vilyarreal”la qarşılaşmasında (4:1) qol vurub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, xorvatiyalı futbolçu 19 mövsümdə ən azı bir dəfə qol vurub. O, Zaqreb “Dinamo”su ilə 3, “Tottenhem”lə 4, “Real”la isə 12 dəfə fərqlənib.

38 yaşlı yarımmüdafiəçi bu mövsüm 19 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button