
Qətərdə gündəm olan model – FOTO
Xorvatiyalı model İvana Knoll DÇ-2022-də diqqətləri üzərinə çəkməyə davam edir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, sosial şəbəkədə onun qətərli azarkeşlər tərəfindən fotosu çəkilərkən qeydə alınan görüntüləri yayılıb.

Məşhur ərəb iş adamı Məhəmməd Həsən Əl-Cəfairi Knollun şəklini çəkən azarkeşlər barədə aşağıdakı sözləri yazıb:
“Azarkeşlər onu bəyəndikləri üçün yox, uyğunsuz geyindiyi üçün, narazılıq əlaməti olaraq fotosunu çəkiblər”.
Daha sonra Əl-Cəfairi fikrini belə bitirib:
“Qətərin istənilən sakini bunu sizə təsdiq edə bilər”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin