Premyer Liqa klubu tanınmış modelə stadiona girməyi ömürlük qadağan edib

Əsl adı Tia Emma Billinger olan 25 yaşlı model Bonnie Blue artıq “Nottingem Forest”in oyunlarında iştirak edə bilməyəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Billinger İngiltərə klubunun pərəstişkarıdır və o, əvvəllər komanda ilə bağlı sosial media hesablarında fotolar yerləşdirib. Model bu yaxınlarda stadiona gələcək səfərini elan edərək, pərəstişkarlarını onunla əylənməyə dəvət edib. Lakin “Nottingem Forest” rəhbərliyi onun oyunlarda iştirakını ömürlük qadağan etmək qərarına gəldiyi üçün futbol matçına gələ bilməyib. Billingeri birbaşa stadionun girişində saxlayıblar və onun adının “qara siyahı”da olduğu məlum olub.

Billinger bir gündə 1057 kişi ilə yataraq, dünya rekordu vurmaqla məşhurdur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button