“Klub prezidenti ilə münasibətim yaxşıdır, amma mənim də hörmətə ehtiyacım var”

“Napoli”nin baş məşqçisi Antonio Konte klubdakı gələcəyi ilə bağlı suala cavab verib.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis Neapolda xoşbəxt olduğunu söyləyib:

“Mən Neapolda xoşbəxtəm, ailəm də elə. Çünki burada günəşli hava, gözəl yeməklər və qonaqpərvər insanlar var. Amma bu, mənim şəxsi həyatımdır və təkcə bununla kifayətlənə bilmərəm. Mən məsuliyyəti üzərimə götürürəm, azarkeşləri məyus etmək istəmirəm. Möcüzələrə ümid edərək deyil, planlı şəkildə yaşamalıyam. Klub prezidenti Aurelio De Laurentisə böyük hörmətim var və ona valehəm. O, məndən kömək istədi, mən də əlimdən gələni edirəm. Amma “Napoli” azarkeşləri qələbə istəyir. Qalib gəlməsək, onlar qəzəblənə bilər.

De Laurentislə danışacam, sonra nə olacağını görərik. UEFA Çempionlar Liqasına vəsiqədən əldə edilən gəlir tezliklə kluba daxil olacaq. Xviça Kvaratsxeliyanın satışı da bizə kömək etdi. Amma indi açıq şəkildə danışmalıyıq. Klub prezidenti ilə münasibətim yaxşıdır, amma mənim də hörmətə ehtiyacım var”.

“Napoli” hazırda A Seriyasının turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “İnter”ə yalnız əlavə göstəricilərə görə uduzur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button