
Qrizmann üçün MLS variantı
“Atletiko”nun hücumçusu Antuan Qrizmann karyerasını ABŞ-da davam etdirə bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, 34 yaşlı fransalı futbolçunun MLS-də çıxış etmək variantı gündəmdədir.
Qrizmannı heyətinə qatmaq istəyən klub “Los-Anceles”dir. Bu transfer reallaşsa, o, burada həmvətənləri – qapıçı Uqo Lloris və hücumçu Olivye Jiru ilə bir komandada oynaya bilər.
Fransalı forvardın “Atletiko” ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin iyununda başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin