
MLS klubu Levandovskinin xidmətində maraqlıdır
“Barselona”nın hücumçusu Robert Levandovski karyerasını başqa çempionatda davam etdirə bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, polşalı futbolçunun MLS-dən seçimi var.
“Los Anceles Qalaksi” 36 yaşlı hücumçu ilə müqavilə bağlamaqda maraqlıdır. Onun “Barselona” ilə sözləşməsinin müddəti gələn ilin ortalarına qədərdir.
Levandovski İspaniya çempionatının cari mövsümündə 30 oyun keçirib, 25 qol vurub və 2 məhsuldar ötürmə edib. O, 2022-ci ildən “Barsa”da çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



