MLS klubları Müller üçün hərəkətə keçib

Tomas Müller MLS təmsilçisi “Çinçinnati”yə keçə bilər.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, Amerika klubu almaniyalı futbolçunu transfer etmək üçün əsas namizədə çevrilib.

Daha əvvəl Müllerin bu yay “Bayern”dən ayrılacağı açıqlanmışdı. MLS klubunun futbolçu ilə danışıqlar aparmaq üçün prioritet hüquqları olduğu bildirilir. Həmçinin, ABŞ-da 35 yaşlı oyunçu ilə maraqlanan bir sıra başqa klublar – “Bayern”lə ortaqlığı olan “Los-Anceles”, bundan başqa, “San Dieqo” və “Dallas” kimi klublar da var.

Müller Səudiyyə Ərəbistanı və Avropadan da təklif ala bilər. O, növbəti həftələrdə karyerası ilə bağlı qərar verəcək. Onun ildə 5-6 milyon dollar dəyərində çoxillik müqavilə təklif edəcək klub axtaracağı gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button