
MLS kubokunun qalibi bəlli oldu
Almaniya millisinin sabiq üzvü Marko Roysun çıxış etdiyi ABŞ-nin “Los Anceles Qalaksi” klubu MLS kubokunun qalibi bəlli olub.
Komanda.az xəbər verir ki, finalda “Nyu-York Red Bulls” kollektivi ilə qarşılaşan komanda 2:1 hesablı qələbəyə sevinib.
Roys bu görüşdə 75-ci dəqiqədə meydana daxil olub və heç nə ilə yadda qalmayıb.
Bu, Marko Roysun ABŞ-də qazandığı ilk titul olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin