MLS klubu Qonsalo İquaynın qardaşını da transfer etdi

ABŞ-ın “İnter Mayami” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, MLS təmsilçisi bir müddət öncə “Yuventus”dan transfer etdiyi Qonsalo İquaynın qardaşı Federiko İquaynı da heyətinə qatıb.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 35 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

İquayn qardaşları təxminən 11 il öncə Argentinanın “River Pleyt” klubunda da çiyin-çiyinə oynamışdılar. “River Pleyt”dən 2005-ci ildə ayrılan Federiko, “Nueva Çikaqo”, “Beşiktaş”, “Amerika”, “İndependiente”, “Qodoy Krus”, “Kolon” klublarında da forma geyinib. O, 2012-ci ildən MLS-də çıxış edirdi. Hücumçu 8 illik “Kolumbus Kryu” karyerasından sonra bu ilin əvvəlində “DS Yunayted”ə transfer olunmuşdu.

Qeyd edək ki, “İnter Mayami”nin sahibi İngiltərə yığmasının sabiq kapitanı Devid Bekhemdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button