
Messinin oynamaması azarkeşlərin “üsyan”ına səbəb oldu
“İnter Mayami”nin hücumçusu Lionel Messi MLS-in müntəzəm mövsümünün “Hyuston Dinamo” ilə səfər matçında iştirak etməyəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, komandanın məşqçilər heyəti argentinalı futbolçuya əlavə istirahət vermək qərarına gəlib. Lakin bu qərar 8 dəfə “qızıl top”un qalibi olan Messinin oyununu canlı izləmək istəyən hyustonlu azarkeşlər arasında hiddət dalğasına səbəb olub. Azarkeşləri sakitləşdirmək üçün “Hyuston Dinamo”nun rəhbərliyi növbəti matça pulsuz biletlər təklif edib.
37 yaşlı forvard MLS-də bu mövsüm bir matçda iştirak edib və 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin