Kavaniyə təklif – okeanın o tayından

ABŞ-ın “Los Anceles Qalaksi” klubu PSJ-nin futbolçusunu heyətinə qatmaq üçün hərəkətə keçib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Edinson Kavani MLS klubunun transfer hədəfindədir. “Los Anceles Qalaksi”nin uruqvaylı futbolçuya 2021-ci ilədək nəzərdə tutulan müqavilə təklif etdiyi bildirilir. Kavani bu təklifi qəbul edərsə, ABŞ klubunda ilinə 7 milyon avro qazanacaq.

Klub Kavanini ilin sonunda komandadan ayrılacaq Zlatan İbrahimoviçin əvəzləyicisi olaraq transfer etmək istəyir.

2013-cü ildən PSJ-nin şərəfini qoruyan Kavaninin klubla müqaviləsi cari mövsümün sonunda başa çatır. Onun “Atletiko”, “Mançester Yunayted”, “Yuventus”, “İnter” kimi klubların hədəfində olduğu bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button