MLS klubu baş məşqçisi ilə yollarını ayırdı – rəsmi
ABŞ-ın “Los Anceles Qalaksi” futbol klubu baş məşqçisi Gilyermo Skelotto ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə MLS-in mətbuat xidməti məlumat yayıb.
Komandada baş məşqçi vəzifəsini mövsümün sonuna qədər müvəqqəti olaraq Dominik Kinner yerinə yetirəcək.
Skelotto “Los Anceles Qalaksi”yə keçən ilin yanvarından rəhbərlik edirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin