ABŞ-ın 4 klubu məşqləri bərpa etdi
Futbol üzrə MLS-in dörd klubu məşqlərini bərpa edib.
Komanda.az xəbər verir ki, bu barədə “Assoşieyted Press” agentliyi məlumat yayıb. Xəbərdə, “Orlando Siti”, “Sportinq Kanzas Siti”, “Atlanta Yunayted” və “İnter Mayami”nin məşqləri bərpa etdiyi bildirilib.
Koronavirus pandemiyasına görə dayandırılmış MLS-in başlama tarixi məlum deyil. Hazırda virusa görə ən ciddi vəziyyət ABŞ-dadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin