MLS-dən Rusiya və Belarusa “qırmızı işıq”

Şimali Amerika futbol liqasının (MLS) klubları Rusiya və Belarusdan olan futbolçular və mütəxəssislərlə işləməkdən, həmçinin danışıqlardan imtina ediblər.

Komanda.az Rusiya mətbuatına istinadən xəbər verir ki, MLS klubları öz aralarında bu məsələ ilə bağlı qeyri-rəsmi qaydada razılığa gəliblər.

Bundan əvvəl Rusiyanın “Lokomotiv” klubunun keçmiş baş məşqçisi Yuri Syomin rusiyalı qapıçı Nikita Xaykinə MLS-dən təklif gəldiyini bildirmişdi. Amma artıq hazırda Norveçin “Bude-Qlimt” klubunda çıxış edən 26 yaşlı futbolçunun MLS-ə transferi mümkün deyil.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button