“MLS-də iz qoymaq istəyirəm” – Beyl
“Los Anceles”in yeni transferi Qaret Beyl MLS liqası ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, uelsli futbolçu, MLS-in yüksək səviyyəli çempionat olduğunu deyib:
“MLS son on ildə uzun bir yol keçib. Düşünmürəm ki, kimsə hələ də liqanı təqaüdçü hesab edir. MLS getdikcə böyüyür və Avropada düşündüklərindən qat-qat yaxşıdır. Hər şey yaxşılaşır, liqanın səviyyəsi yüksəlir”.
Beyl, uzun müddət MLS-də qalacağına ümid etdiyini deyib:
“Mən bura altı ay və ya bir illik gəlməmişəm. MLS-də iz qoymaq istəyirəm. Bu, qısa bir səfər deyil. Ümid edirəm ki, buradakı çıxış mənə növbəti Avropa çempionatına, bəlkə də, daha da irəliyə – 2026-cı il dünya çempionatına hazırlaşmaq imkanı verəcək”.
Beylin əvvəlki klubu Madrid “Real”ı olub. 32 yaşlı futbolçu iyunun 27-də Kaliforniya klubu ilə daha 18 ay uzadılma imkanı ilə bir illik müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin