
İbrahimoviç: “MLS yavaş irəliləyir”
“Milan” rəhbərliyinin müşaviri Zlatan İbrahimoviç MLS-in inkişafı ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, isveçli sabiq hücumçu bunu deyib:
“Liqa düzgün istiqamətdə gedir, amma məncə, yavaş irəliləyir. Mən MLS-də oynayanda onun daha sürətli böyüməsi üçün çoxlu qaydalar var idi. Amma oyundan, keyfiyyətdən və fərdi oyunçulardan danışsaq, liqa getdikcə yaxşılaşır. Və 2026-cı il dünya çempionatı var ki, bu, MLS üçün vacib olacaq”.
İbrahimoviç 2018/19 mövsümündə MLS klublarından “Loc Anceles Qalaksi”də forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin