MLS-də yeni qərar: İştirakçı sayı…

Futbol üzrə ABŞ çempionatında – MLS-də iştirak edən klubların sayı artırılacaq.

Komanda.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Məlumatda, MLS-də iştirakçı sayının 30-a yüksəldilməsinin planlaşdırıldığı bildirilir.

1993-cü ildə yaradılan çempionatda hazırda 24 klub mübarizə aparır. Onların 21-i ABŞ, 3-ü isə Kanada təmsilçiləridir. MLS-in son çempionu “Atlanta Yunayted” olub.

MLS-də ən titullu klub isə “Los Anceles Qalaksi”dir. Hazırda Zlatan İbrahimoviçin də formasını geyindiyi komanda 5 dəfə çempionluq yaşayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button