MLS-də fasilə müddəti uzadıldı

Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan futbol üzrə ABŞ çempionatının (MLS) bərpa müddəti uzadılıb.

Komanda.az xəbər verir ki, MLS rəhbərliyi çempionatın startının ən azı iyunun 8-dək uzudıldığını açıqlayıb. Bu barədə yarışın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, ABŞ və Kanada klublarının birgə mübarizə apardığı MLS-də çempionat koronavirusa görə dayandırılıb, yarış ilk olaraq aprelin 13-dək, sonra isə mayın 10-dək təxirə salınmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button