“MLS-də oynamaq maraqlı olar” – “Çelsi”nin hücumçusu
İngiltərənin “Çelsi” klubunun futbolçusu Olivye Jiru gələcək karyerası və London klubu ilə bağlı açıqlama verib.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu, gələcəkdə MLS-də oynaya biləcəyini deyib:
“Bu yay “Çelsi”nin müqaviləmin müddətini uzatmaq haqqı vardı və onlar bunu etdilər. Mən də heç vaxt ayrılmağı düşünməmişəm. Klubun mənə güvəndiyini bilirəm.
ABŞ-da, MLS-də oynamaq maraqlı olar. Bu, yaxın 1-2 il içərisində həyata keçərmi, bilmirəm. Bu müddət ərzində qarşıma başqa seçimlər də çıxa bilər. Nələr olacağını görəcəyik”.
2018-ci ilin yanvarından londonluların şərəfini qoruyan fransalı futbolçunun “zadəganlar”la müqaviləsi cari mövsümün sonunda başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin