“Misli”nin sponsorluğu ilə keçirilmiş “GoalPlus SummerFest 2024” yekunlaşdı
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın “Misli” brendinin sponsorluğu ilə keçirilmiş “GoalPlus SummerFest 2024” başa çatıb. Festivalın yekununda “Misli” brendinin dəstəyi ilə keçirilmiş U-19 və U-23 futbol turnirlərinin qalibləri mükafatlandırılıb. Qaliblərə kubok, medallar və digər qiymətli hədiyyələr təqdim olunub.
Futbol üzrə dörd liqada 88 komandanın mübarizə apardığı “Goal+Cup” turniri “Misli
Cup” adlandırılıb. Festivalda 1200-dən çox həvəskar idmançı iştirak edib. EGP
Arenada baş tutmuş oyunları ümumilikdə 10 000-dən çox tamaşaçı izləyib.
Yay festivalı çərçivəsində idman həvəskarları futbol izləməklə yanaşı, müxtəlif
əyləncə zonalarında bir-birindən maraqlı yarışlarda iştirak ediblər. Belə ki, festival
ərazisindəki “Misli” stendində muxləlif yarışlar təşkil olunub və qaliblərə hədiyyələr
təqdim olunub. Həmçinin futbol, basketbol, voleybol, elektron idman oyunları və digər
bir çox idman növlərində turnirlər təşkil olunub. Bundan başqa, futbol üzrə Avropa
Çempionatının oyunları festival zonasında canlı yayımlanıb və azarkeşlər matçları
birlikdə izləyiblər.
Qeyd edək ki, idmanın inkişafına önəm verən “Misli” artıq 2-ci dəfədir ki, bu festivala
dəstək olub. Məqsəd sağlam həyat tərzinin təbliği və futbola olan marağın artırılması,
eləcə də gənclərin asudə vaxtlarını səmərəli keçirə və idmanla məşğul ola bilmələri
üçün əyləncə platformasının yaradılmasına töhfə verməkdir.
Qeyd edək ki, 15 iyunda başlamış festival 18 avqusta qədər davam edib.
Bizi Facebook-da izləyin