
Salah 10-cu pilləyə yüksəldi
Misirli hücumçu Məhəmməd Salah “Liverpul”da 131-ci qolunu vurub.
Komanda.az xəbər verir ki, 28 yaşlı futbolçu bu göstəriciyə 210-cu oyununda çatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Salah bununla da, “Liverpul”da bombardirlər siyahısında 10-cu pilləyə yüksəlib.
Salah “Brentford”la 3:3 hesabıyla bitən matçda komandasının ikinci qolunu vurub.
Misirli hücumçu “Liverpul”la Premyer Liqada 100, Çempionlar Liqasında 27, Federasiya kubokunda isə 4 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin