Misirli futbolçu Super Liqa klubunda

Türkiyənin “Kasımpaşa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi transfer pəncərəsinin son günündə misirli Kərim Hafezi sıralarına cəlb edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Misirin “Vadi Deqla”’ klubuna məxsus olan 22 yaşlı sol cinah müdafiəçisi mövsümün sonunadək icarəyə götürülüb. Hafez mövsümün əvvəlində Türkiyənin “Başakşəhər” klubu tərəfindən icarəyə götürülmüşdü. Lakin o, bu komandada yalnız 4 kubok matçına çıxdığı halda, Super Liqada debüt şansı qazanmamışdı.

“Kasımpaşa” bu qış Tobias Haynts, Azad Toptik, Haris Hayradinoviç, Simone Skuffet və Stipe Periçanı da heyətinə qatmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button