75 yaşlı futbolçu “Ginnesin rekordlar kitabı”na düşmək istəyir FOTO
Misirli Ezzeldin Bahader adlı şəxs dünyanın ən yaşlı futbolçusu olmağa hazırlaşır.
Komanda.az xəbər verir ki, 75 yaşlı futbolçu adı çəkilməyən bir klubla müqavilə imzalayıb.
Bahader, bu komanda ilə iki rəsmi oyunda 90 dəqiqə forma geyinib, adını “Ginnesin rekordlar kitabı”na yazdırmaq istəyir. O, hücumçu mövqeyində çıxış edir.
Bahader yeni klubu ilə müqavilə imzaladıqdan sonra açıqlama verib:
“Özümü gənc hiss edirəm. Qarşımda uzun yol var. Hələ kifayət qədər məşq etməmişəm. İdmandan heç vaxt yorulmadım. Əzələlərim futbol məşqlərinə öyrəşib. Hələ yolun əvvəlindəyəm, davam edəcəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin