Misirli azarkeşi məhkəməyə verdi – 10 vəkil tutdu

“Mançester Yunayted”in və İngiltərə millisinin hücumçusu Markus Reşford misirli azarkeşi məhkəməyə verib.

Komanda.az “OnTime Sports”-a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu azarkeşi irqçilikdə, təqib və təhdiddə günahlandırır. O, özünün hüquqi müdafiəsi üçün 10 vəkil tutub.

Reşford “qırmızı şeytanlar”ın yetirməsidir. Futbolçunun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədər qüvvədədir.

O, başa çatan 2021/2022 mövsümündə bütün yarışlarda 32 oyuna çıxıb, beş qol vurub və iki məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button