Son dəqiqə qoluna sevinirdi, ürəyi dayandı – video
Misirin futbol üzrə 2-ci divizionunda keçirilən “Əl Maqd” – “Əl Zarka” oyununda faciəvi hadisə yaşanıb.
Komanda.az xəbər verir ki, “Əl Maqd” komandası 90+2-ci dəqiqəsində qol vurub və oyunda hesabı açıb. Bu zaman qələbə qoluna sevinən meydan sahibi komandanın məşqçisi Ədhəm Əl-Selhedar sevincindən huşunu itirərək yıxılıb.
Ürək tutması keçirən məşqçi xəstəxanaya aparılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin