Misir millisinin hücumçusu Türkiyə klubunda
Türkiyənin “Konyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi misirli hücumçu Əhməd Hassanı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Türkiyə klubu 28 yaşlı futbolçunu Yunanıstan “Olimpiakos”undan bir illik icarəyə götürüb. Misir yığmasının da üzvü olan hücumçu yeni komandasında 9 nömrəli formanı geyinəcək.
Əhməd Hassan 2018-ci ildən “Olimpiakos”un uğurları üçün çalışır. O, daha öncə Portuqaliyada “Rio Ave” və “Braqa” klublarının formasını geyinib. Misir millisində 25 matça çıxan futbolçu, 5 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin