Milli komandanın futbolçusu başından ciddi zədə alıb

Misir millisinin futbolçusu İmam Aşur məşqdə başından ciddi zədə alıb.

Komanda.az Misir Futbol Assosiasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, dərhal xəstəxanaya çatdırılan 25 yaşlı yarımmüdafiəçinin beyin sarsıntısı keçirdiyi məlum olub. Hazırda onun vəziyyətinin sabit olduğu vurğulanıb. Ölkəsində “Əl-Əhli” klubunun şərəfini qoruyan futbolçu 24 saat həkimlərin nəzarətində qalacaq.

O, böyük ehtimalla, yanvarın 28-də Konqo Demokratik Respublikasının komandası ilə Afrika Millətlər Kubokunun 1/8 final oyununu buraxacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button