Misir millisinin baş məşqçisi istefaya göndərilib

Misir Futbol Assosiasiyası ölkənin millisinin baş məşqçisi Ruy Vitoriya ilə yolları ayırıb.

Komanda.az qurumun saytına istinadən xəbər verir ki, bu qərar Afrika Millətlər Kubokunun yekunlarına əsasən qəbul edilib.

53 yaşlı portuqaliyalı mütəxəssisin rəhbərlik etdiyi Misir millisi sözügedən turnirdə 1/4 finala yüksələ bilməyib. Komanda 1/8 finalda Konqoya uduzub (1:1, penaltilərdə 7:8).

Vitoriya 2022-ci ilin yayından Misir millisinə rəhbərlik edirdi. Onun müqaviləsi dörd illik idi. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button