Salah “Real”ın təklifinə “yox” deyib

Misir milli komandasının keçmiş məşqçisi Hani Ramzi Məhəmməd Salahın 2018-ci ildə “Real”a keçmək variantının olduğunu deyib.

Komanda.az xəbər verir ki, bu barədə Ramzi, “goal.com”a açıqlama verib:

“2018-ci ildə Salahla danışdım və o mənə “Real”dan təklif aldığını dedi. Təklif çox yaxşı idi, ancaq Salah mənimlə və Ektor Kuperlə məsləhətləşdi. Bundan sonra o, “Liverpul”da qalmağa qərar verdi”.

Salah 2017-ci ildən “Liverpul”da çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button