Koronavirusa yoluxan Salahın son durumu açıqlandı
Misir milli komandasının həkimi Abu Elela koronavirusa yoluxan Məhəmməd Salahın son durumu haqda açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Elela, 28 yaşlı hücumçunun səhhətinin yaxşı olduğunu deyib:
“Salahın durumu yaxşıdır, ciddi simptomları yoxdur. Test nəticəsi mənfi olana qədər özünü təcrid etməlidir. Burada hər kəs onun tez sağalması üçün nə lazımdırsa, etməyə hazırdır. O, Misir yığması üçün vacib futbolçudur”.
Salahın Misir yığmasının düşərgəsində noyabrın 13-də verdiyi koronavirus testinin nəticəsi müsbət olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin