Salah qardaşının toyuna getdiyi üçün tənqid olundu

Misir milli komandasının düşərgəsində koronavirusa yoluxan Məhəmməd Salah tənqid olunub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, keçmiş misirli futbolçu Mido, Salahın qardaşının toyunda iştirak etməsiylə bağlı bunları deyib:

“Sizə toyda nə olduğunu deyib? 300-400 insan onunla şəkil çəkdirdi, onu öpdü. Milli komandanın uğurunu düşünürsənsə, bunu etməməlisən. Salahın məşqə qoşulmadan toya getməsi böyük bir utancdır. Gəminin kapitanı belə hərəkət etsə, gəmi batar”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button