Hakimdən Salaha: “Al, oyunu sən idarə et” FOTO
Misir milli komandası Afrika Millətlər kubokunun finalında Seneqalla qarşılaşıb.
Komanda.az xəbər verir ki, qarşılaşmanın 36-cı dəqiqəsində yaşıl meydanlarda nadir rast gəlinən bir hadisə yaşanıb.
Belə ki, Misirin hücumçusu Məhəmməd Salah baş hakim Qomesin qərarından narazı olub və ona ciddi etirazını bildirib. Referi Salaha yaxınlaşaraq fiti ona uzadıb və “al, oyunu sən idarə et” deyib.
Misir Afrika Millətlər kubokunun finalında Seneqala penaltilərdə uduzub (əsas vaxt 0:0, penaltilər 2:4).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin