Məşhur futbolçu Argentina klubu ilə müqaviləsini uzadıb
“Boka Xuniors”un hücumçusu Edinson Kavani gələcəyi ilə bağlı qərar verib.
Komanda.az “todomercadoweb.es”-ə istinadən xəbər verir ki, uruqvaylı futbolçu Argentina klubu ilə əməkdaşlığını uzatmaq qərarına gəlib. Tərəflər arasındakı yeni müqavilə 2025-ci ilin sonuna kimi qüvvədə olacaq.
37 yaşlı hücumçunun transfer dəyəri 1 milyon avro qiymətləndirilir.
Kavani karyerasını “Boka Xuniors”da bitirməyi planlaşdırır. O, bu il Argentina çempionatında 19 oyun keçirib, 9 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin