“Çox xoşbəxtəm, çünki böyük “Barselona”nı məğlub etdik”
“Jirona”nın baş məşqçisi Miçel La Liqanın 16-cı turunda “Barselona” üzərində qazanılan qələbəni (4:2) şərh edib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, oyunun çətin keçdiyini və komandasının çox yaxşı çıxış etdiyini söyləyib:
“Çox xoşbəxtəm, çünki böyük “Barselona”nı məğlub etdik. Bu, təfərrüatlarla dolu bir oyun idi. Biz hər şeyi düzgün etdik. Rəqib çox güclü başladı, ancaq əks-hücumda hesabı açdıq. 1:0 hesabı bizi sakitləşdirdi. Rəqib tez hesabı bərabərləşdirdi. Biz topa yaxşı sahib idik, hər an qol vura bilərdik. Şanslarla dolu matç idi.
Oyunun tempi çox yüksək olduğundan, futbolçularımın ayaqlarının əzildiyi anlar oldu. Bu, xüsusi bir qələbədir. Çox çətin idi. Rəqib bizi təəccübləndirdi. Bu, “Jirona”nın ruhudur və inanırıq ki, istənilən rəqibi məğlub edə bilərik. Bilirdik ki, bizi qarşıda böyük təzyiq gözləyir. Möhtəşəm və olmaq istədiyimiz komanda gördük. Bu, hər şeyin ola biləcəyi bir oyundur.
Çempionat? Matçdan matça irəli gedirik. Düşünürəm ki, biz artıq özümüzə La Liqada “iqamətgahımız”ı saxlamaq üçün riyazi şansımızı təmin etmişik. Məqsədimiz bu idi. “Real”la oyundan başqa, bütün oyunlarda üstünlüyə malik idik. İndi biz liderik, amma bu, çox çətindir. Gələn mövsüm avrokuboklarda olmaq üçün mübarizə aparmalıyıq”.
Bizi Facebook-da izləyin