Mirça Luçesku istefaya göndərildi
Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Mirça Luçesku istefaya göndərilib.
Komanda.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası 74 yaşlı rumıniyalı mütəxəssisin bu ilin iyun ayına qədər olan müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib.
“Ay-ulduzlular”ın “Beşiktaş”ın çalışdırıcısı Şenol Günəşə tapışırılacağı bildirilir.
Qeyd edək ki, 2017-ci ildən Luçeskunun rəhbərliyi atlında çıxış edən milli 17 oyunun 4-də qalib gəlib, 6-da heç-heç edib, 7 görüşdə uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin