Mirbağır İsayevin cəzası azaldılıb
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Səbail” klubunun akademiyasının koordinatoru Mirbağır İsayevin cəzasını azaldıb.
Komanda.az federasiyanın saytına istinadən xəbər verir ki, paytaxt klubunun apellyasiya şikayəti qismən təmin edilib.
AFFA İntizam Komitəsi dekabrın 2-də Mirbağır İsayevin üç ay müddətinə futbol sahəsində çalışmasına qadağa qoyub. Apellyasiya Arbitraj Tribunalı bunu bir ay şərti olmaqla iki aylıq cəza ilə əvəzləyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin