“Barselona” keçmiş futbolçusunu qaytara bilər
“Selta”nın müdafiəçisi Oskar Minqesa “Barselona”ya qayıda bilər. O, Kataloniya klubunun yetirməsidir.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçunun müqaviləsində geri almaq şərti var. Bunun sayəsində o, “Barselona”ya 10 milyon avroya başa gələ bilər.
Minqesa iki mövsüm əsas komandada çıxış edib. O, Jerar Pikenin zədəsi səbəbindən Çempionlar Liqasında debüt edib. 25 yaşlı müdafiəçi Kiyev “Dinamo”su ilə ilk oyununda məhsuldar ötürmə verib və kataloniyalılar 4:0 hesabı ilə qalib gəlib.
Minqesa “Real”la matçda fərqlənsə də, baş məşqçi Ronald Kumanın gedişindən sonra onun yerini tutan Xavi bu oyunçuya o qədər də güvənməyib. Nəticədə, o, 3 milyon avroya “Selta”ya satılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin