“Minimum hədəfimiz Çempionlar Liqası da daxil olmaqla, qələbə qazanmaqdır”

Rafinya “Barselona”nın bu mövsümkü hədəflərindən danışıb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, braziliyalı futbolçu minimum hədəflərinin Çempionlar Liqası da daxil olmaqla qələbə qazanmaq olduğunu bildirib:

“Minimum hədəfimiz Çempionlar Liqası da daxil olmaqla, qələbə qazanmaqdır. Əsas məqsəd oynadığımız bütün turnirlərdə qalib olmaqdır. Biz Çempionlar Liqası, La Liqa, İspaniya kuboku və superkuboku qazanmaq istəyirik”.

“Barselona” ötən mövsüm İspaniya çempionatında 2-ci yeri tutub, UEFA Çempionlar Liqasında isə 1/4 finala yüksəlib. Hans-Diter Flikin yetirmələri yeni mövsümdə La Liqaya 4 qələbə ilə başlayıb və turnir cədvəlində 1-ci yerdədirlər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button