“Bekker əla oynadı, Kurtua heyrətlər içində idi”
“Real”ın keçmiş qapıçısı Santyaqo Kanisares UEFA Çempionlar Liqasının 1/8 finalının “Real” – “Liverpul” cütünün cavab oyununu (1:0) şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Tibo Kurtua və Alisson Bekkerin oyununu dəyərləndirib:
“Bekker əla oynadı. Daha az iş görən Kurtua isə heyrətlər içində idi. “Liverpul”un stadionunda hər ikisi səhv etdi, amma İspaniyada onlar mükəmməl idi. Dünyanın ən yaxşıları! Matçda daha çox qol görməməyimizin səbəbi məhz qapıçılarla bağlıdır”.
İki oyunun nəticəsinə əsasən, “kral klubu” Mersisayd təmsilçisini 6:2 hesabı ilə məğlub edib və növbəti mərhələyə yüksəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin