Minifutbol: Sloveniya millisi Bəhreynə məğlub oldu

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsinin 3-cü turunda daha bir oyun keçirilib.

Komanda.az xəbər verir ki, A qrupunda Sloveniya millisi Bəhreynə məğlub olub. Milli Gimnastika Arenasında baş tutan görüş Bəhreyn komandasının 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qrupda yer alan Azərbaycan yığması saat 19:30-da Mavritaniya ilə üz-üzə gələcək.

Bu gün keçirilən digər matçda Özbəkistan yığması Çadı (3:0) məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button