Minifutbol: Çempionlar Liqasının qalibi məlum olub

Minifutbol üzrə Çempionlar Liqasının 2023/2024 mövsümünün qalibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, final matçında iki İspaniya komandası – “Palma” və “Barselona” üz-üzə gəliblər.

“Palma” rəqibinə 5:1 hesabı ilə qalib gələrək mükafata sahib çıxıb.

Turnirin bürünc medalçısı Portuqaliya klublarının duelində müəyyənləşib. “Sportinq”i 6:3 hesabı ilə məğlub edən “Benfika” fəxri kürsüyə qalxıb.

“Palma” ardıcıl ikinci dəfə minifutbol üzrə Çempionlar Liqasının qalibi adını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button