Minifutbol: Azərbaycan millisinin heyəti açıqlanıb

Aprelin 24-dən mayın 2-dək Monteneqroda təlim-məşq toplanışında olacaq minifutbol üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.

Komanda.az xəbər verir ki, baş məqşçi Elşad Quliyev yığmaya 20 oyunçu cəlb edib:

Qapıçılar: Davud Kərimi, Ağaseyid Qasımov (hər ikisi “Zirə”), Vəli Qafarov (“Birbaşa Bakı”);

Müdafiəçilər: Müseyib Vəliyev, Vüsal İsayev, Təmkin Xəlilzadə (hamısı “Birbaşa Bakı”), Taleh Babayev, Ramiz Çovdarov, Elşad Manafov (hamısı “Zirə”);

Yarımmüdafiəçilər: Elvin Əlizadə (“Birbaşa Bakı”), Məhəmməd Xəlilov, Rəvan Kərimov, Mirkamil Əliyev (hamısı “Zirə”), Kamran Qürbətov, Təmraz Əmircanov (hər ikisi “Aznur);

Hücumçular: Eşqin Tağıyev, Mirmehdi Rzayev (hər ikisi “Birbaşa Bakı”), Samir Həmzəyev, Seymur Məmmədov (hər ikisi “Zirə”), Bəxtiyar Soltanov (“Odlar Yurdu”).

Milli komanda aprelin 30-da Serbiya, Bosniya və Herseqovina, Rumıniya, Monteneqro və Albaniyanın qatılacağı turnirdə iştirak edəcək.

Xatırladaq ki, toplanış Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button