Minifutbol: Azərbaycan millisi beynəlxalq turnirdə 2 oyun keçirib
Azərbaycanın minifutbol yığması Monteneqroda təşkil olunan beynəlxalq turnirdə iki oyun keçirib.
Komanda.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Avropa çempionatına hazırlaşan Elşad Quliyevin baş məşqçisi olduğu komanda ilk matçda dünya çempionu Rumıniyaya uduzub – 0:1.
Təmsilçimiz ikinci qarşılaşmada Bosniya və Herseqovinanı 6:0 hesabı ilə üstələyib. Bu görüşdə rəqib qapısına Mirkamil Əliyev, Təmkin Xəlilzadə, Ağaseyid Qasımov, Təmraz Əmircanov, Ramiz Çovdarov və Kamran Qürbətov yol tapıblar.
Azərbaycan millisi bu gün Monteneqro ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin