Minifutbol: Azərbaycan çempionatında yarımfinal cütləri məlum olub
Minifutbol üzrə Azərbaycan çempionatında yarımfinal cütləri müəyyənləşib.
Komanda.az xəbər verir ki, raundun iştirakçılarına 1/4 final mərhələsinin cavab oyunlarından sonra aydınlıq gəlib.
Cavab matçlarında “Zirə” “Star Bakı”nı 8:0 (ilk oyun 7:1), “Galaxy” “Sumqayıt”ı 8:3 (0:1), “Göyçə “Aznur”u 1:0 (3:6), “Birbaşa Bakı” “Laçın”ı 10:1 (13:0) məğlub edib.
Beləliklə, finala gedən yolda “Birbaşa Bakı” “Galaxy”nin, “Zirə” “Aznur”un müqavimətini qırmağa çalışacaq. İlk görüşlər fevralın 12-də baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin