
Minifutbol: 1/4 final mərhələsinin ilk oyunlarının vaxtı açıqlandı
Minifutbol üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ilk oyunlarının dəqiq vaxtı məlum olub.
Komanda.az xəbər verir ki, aprelin 3-də ilk olaraq “Zirə” və “Aznur” komandaları meydana çıxacaqlar. Görüş saat 19:15-də start götürəcək.
Saat 20:30-da “Birbaşa Bakı” – “İnter”, 21:45-də “Real Bakı” – “Qalaksi”, 23:00-da isə “Odlar Yurdu” – “Abşeron” matçları baş tutacaq.
Cavab qarşılaşmaları aprelin 10-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin